Əbu Hamid əl Qəzali "İlahi biliklər" (davamı)
Biliyin növləri haqqında bölmə
Anlamaq lazımdır ki, bilik iki növ olur—Allahın qanunundan və ağıldan. Allahın qanunundan yaranan elmlərin çoxu onlardan baş çıxaranlar tərəfindən rasionallara aid edildiyi kimi eyni ilə rasional elmlərin də əksəriyyəti onların bilicilərinə Allahın qanunundan çıxan biliklər kimi gəlir.
“Kimə Allah işıq göndərməsə, ona – işıq yoxdur” (Quran, 24:40).
Birinci növ—Allahın qanunundan gələn bilik—iki yerə bölünür: əsasların bilinməsi və törəmələrin bilinməsi.
Davamı...
Baxış sayı: 55
Açar sözlər: əbu-hamid-əl-qəzali ilahi-biliklər sufizm fəlsəfə
Əbu Hamid əl Qəzali "İlahi biliklər"

Giriş (rus dilindən tərcümə)
Mərhəmətli və Rəhman Allahin adı ilə!
Həmd olsun aləmlərin Rəbbinə, zira seçilmiş bəndələrinin qəlblərini müqəddəslik işığı ilə işıqlandıraraq, onları Öz şəfqəti və qayğısı ilə böyüdən, vəhdət qapılarını anlama və düşüncə açarı ilə ürəyi dərk etmişlər üçün açan Odur. Və bir də, Allahın bərəkəti və lütfü olsun bizim yol göstərənimizə, peyğəmbərlərin ağası Məhəmmədə, s.ə.s., müsəlman icmasına səadət yolunu göstərənə və onun ailəsinə -- xilas və hikmət gəmisinin kapitanlarına.
Mənim doğru danışan dostlarımdan biri mənə söylədi ki, bəzi elm sahibləri İlahi biliyi və bu biliyin qazanılan biliklərdən daha güclü və daha dərin olduğu qənaətində olan seçilmiş sufilərin və sufi təlimi ardıcıllarının inandıqları gizlinləri inkar edirlər. Onlar deyirlər: “Sufilərin inam və etiqad predmeti olan bu biliyi biz özümüzçün təsəvvür edə bilmirik. Düşünmürük ki, dünyada elə bir kimsə tapılsın ki, o, bilik həqiqətinə və həqiqi elmə bilik qazanmadan və mistik biliyə öyrədilmədən, sadəcə düşünüb götür-qoy etməklə yetişə bilsin”.
Mən isə cavab olaraq qeyd etdim: “Elə təəssürat yaranır ki, bunu söyləyənin biliyin əldə olunmasının müxtəlif yolları barədə bitkin təsəvvürü yoxdur və o, insan ruhunun özəllikləri, onun keyfiyyətləri və həmçinin onun gizlin bilikləri necə fəhm etməsi və onda səmavi elmin necə əks olması haqda heç nə eşitməmişdir”.
Davamı...
Baxış sayı: 74
Açar sözlər: əbu-hamid-əl-qəzali ilahi-biliklər sufizm fəlsəfə
ПЕРЕОСМЫСЛЕНИЕ РОЛИ И МЕСТА ФИЛОСОФИИ В СОВРЕМЕННОМ АЗЕРБАЙДЖАНСКОМ ОБЩЕСТВЕ

Международная конференция
«Философия в диалоге культур»
Москва, 16–19 ноября 2009 г.
Отношение к философии в современном азербайджанском обществе складывается из следующих, на наш взгляд, моментов. И первый из них обусловлен отношением к марксизму.
Из-за того что, в свое время марксизм был отброшен, не подвергаясь какой-либо серьезной критике, процесс переосмысления роли и места философии затянулся уже почти на 20 лет.
Davamı...
Baxış sayı: 116
Açar sözlər: мушфиг шукюров философия азербайджан
Doğmalıq-Yadlıq
...Bəxtimə yazılmadılar
Ürəyimi almadılar
Niyə belə doğmadılar
Sənə bənzəyən kişilər?!
Rəbiqə Nazimqızı
Doğmalıq barədə düşündüm.
Doğmalıq – sevimli Yaxınlıq deməkdir mənimçün. Yadlıqdasa Uzaqlıq görmüşəm hər zaman.
Yaxınlıq və Uzaqlıq diliylə danışırlar insanlar bizimlə. Gah yaxınlıq göstərirlər bizə, gah da yadlıq.
Yaxınlıq və Uzaqlıq kodlarından ibarətdir nitqimiz də.
Davamı...
Baxış sayı: 228
Açar sözlər:
MÜSLÜM MAQOMAYEVİN ULDUZU

Səhnəmizin Fiqarosu
O, SSRI -nin ən sevimli Xalq Artisti idi.(Bu adı hamıdan tez -31 yaşda!- alan da o idi.)
1969-cu ildə Kann festivalında disk satışına (4.5 milyon nüsxə!) və çıxışlarına görə Moris Şevalye, Adriano Çelentano, Mirey Matye və məşhur Beatles qrupunu üstələyərək Qızıl diskə layiq görülmüşdü. Elə həmin ildə də o zaman sosialist düşərgənin bir nömrəli Sopot mahnı yarışmasında SSRİ-ni I yerə çıxartdı.
“Sovet dönəmində populyarlığın bir vahidi vardı – MAQOMAYEV ! ”- deyə bir dəfə İ.Kobzon etiraf etdi, -“mən, L.Leşenko, A.Puqaçova və başqaları bir yerdə onun şöhrətinin 30%-nə sahib deyildik”.
Davamı...
Baxış sayı: 469
Açar sözlər:
Sənət və Hədd

(düşüncələr)
Gəncliyim SSRİ-inin dağılması və qadağalara, senzuralara qarşı üsyan illərinə təsadüf etdi. Zəmanəmin oğluydum mən də. “Rədd olsun qadağalar!” deyə bağırırdım. Müdrik qadağaların varlığından xəbərsizdim.
İndi isə həddlər barədə düşünürəm tez-tez (hə, mən də elə güman edirəm ki, qocalıqdandır).
Davamı...
Baxış sayı: 316
Açar sözlər: mədəniyyət sənət hədd
Portret

Kiminsə portretini çəkərkən rəssam hökmən orda öz portret cizgilərini də buraxmış olur.
Bu, yaradıcılığın spesifikasıdır.
Baxış sayı: 327
Açar sözlər:
TƏTİL
Əziz bloq ziyarətçiləri, Filosof bir qədər yorulub. Və bir müddət virtuallıqdan dincəlmək qərarına gəlib. Hamıya xoş istirahətlər. :)

Baxış sayı: 275
Açar sözlər:
Ekzistensiya
Küçə.Yan Vermeer
- Salam, fəlakət yoldaşım. Necə ölürsən?
- Yaxşı. Bəs sən?
- Elə mən də... Sadəcə narahat oluram hərdən.
- Niyə?
- Nə bilim. Elə belə.
Davamı...
Baxış sayı: 458
Açar sözlər: yan vermeer ekzistensiya müşfiq şükürov
İnsanlar dalaşanda...

(poetik esse)
Insanlar dalaşanda...
Araya ayrılıq, yadlıq düşər.
Bir-birini məhv etmək istəyi alışar-sönər,
sonra yenidən alışar,
hər ikisini yandırıb kül etmək üçün.
Davamı...
Baxış sayı: 424
Açar sözlər: müşfiq şükürov esse fəlsəfə
