Uzunluq və qısalıq barədə
Uşaqlıqdan sevməmişəm uzun yazıları. Uzun şerləri məktəbdə əzbərləmək lazım idi. Rəsul Rzanın bir poeması vardı Leninə həsr etdiyi. Uşaq ağlımla anlayırdım ki, yaltaqlıqdan başqa bir şey deyil. Amma niyə belə uzun? Indi bilirəm ki, fundamental görünmək və premiya almaqdan ötəri. Əgər Lenin böyük adam idisə, deməli ona həsr olunan şer də poema ola bilərdi yalnız.
İnşa yazanda ən əzablı məqam onun səhifə sayı idi. Müəllimləri nə yazdığın yox, onun həcmi maraqlandırırdı. İnstituta qəbulda da eləcə (o zamanlar test “kəşf” olunmamışdı hələ).
Sonra dissertasiya. Dedilər namizədlik dissertasiyası mütləq 120, doktorluq 300 səhifə olmalıdır. Mənsə bir on iki vərəqlik dəftərə sığışdıra bilərdim fikirlərimi.
Elmi məqalələrə qarşı yazılmamış tələblər mövcuddur. Azı 5 çoxu 10 səhifə ola bilər. Heç bir yerdə məzmuna qarşı tələbat göstərilmir.
Tələbələrin imtahan dəftərlərini yoxlayıram indi. Hər suala azı iki səhifəlik cavab olmalıdır. Bir tələbəm “Gözəlliyin fəlsəfi mənasını necə açardın?” sualına bircə cümlə cavab yazmışdı: “Gözəlliyi anlamaq üçün özün də gözəl olasan gərək”. 10 bal verdim. Qaydalara zidd olsa da. Üstündən dörd ilə yaxın vaxt keçib hələ bir də belə lakonik cavab verən olmayıb.
Sənətdə uzunluq illüziyası
(fəlsəfi həndəsə)
Əsərin uzunluğu ifadə olunan fikrin tutumuna müvafiq olmalıdır. Söz fikirdən çox olanda uzunluq effekti yaranır.
Fikrin tutumu isə müəllifin ekzistensial dərinliyi ilə müəyyən olunur. Müəllif dayazdırsa, fikir böyük ola bilməz. Nədən danışırsa danışsın.
Sənətkarlıq - müəllifin öz fikir tutumunu hiss eləmə qabiliyyətidir.
Baxış sayı: 666
Açar sözlər: müşfiq şükürov fəlsəfə sənət
Butun bunlari derk edib ashilamagi bacaran Filosof, ene yazmagi oyret..-))
Nesr haa..
May 14, 2009 22:36
Elə bil ürəyimdən tikan çixardin. Sağ ol bu Dürüst və Səmimi yaziya görə. Min yaşa, Filosof!!!
May 14, 2009 22:47
Mehin, dərinlik məncə özü-özlüyündə nailiyyətdir. Müəllifin orada boğulmasını isə как нибудь переживем
p.s. doktorluğa girişmək fikrim yoxdur (300 səh. cəfəngiyyat!!!). 100 səh. ilə kifayətləndim.
Nino, rəyinizi kompliment kimi qəbul edirəm. Bu yaxınlarda silsilə şerlərimlə çıxış etməyə hazırlaşıram (zarafat).
Vətəndaş, sizin özünəməxsus vətəndaş mövqeyiniz məni daha maraqlı mövzularla çıxış etməyə sövq edir
May 15, 2009 0:51
Menim kompliment olmayan sherhimi mehz bu cur gebul etmeyin nezaketli redd cavabi olmasin?..-)
May 15, 2009 1:17
Əsla. Yazmağı öyrətmək? Əslində mənim burdakı bütün esselərim və replikalarım necə yazmaq və nədən yazmaq sualları ətrafında axtarışları əks etdirdiyi görünmürsənmi? Mən özüm də axtarıram.
May 15, 2009 7:28
Çox hörmətli cənab Daimaxtarışdaolan!
Razıyam. Tamilə razıyam Sizinlə və məşhur iqtisadçı Keynzlə (Keynes John Maynard). Onun elmi işi vur-tut bir neçə səhifədən ibarət imiş. Vaxtının məhdud olduğunu əsas gətirərək üzrxahlıq etmiş elmi işini daha qısa həcmə sığdıra bilmədiyi üçün Dünyanın ən böyük iqtisadçılarından biri olan alim.
Bu dəfə illüstrasiyanı da bəyəndim.
May 15, 2009 7:50
İcazənizlə öncə səhər 7.50-də kompun başında olmağı bacaran (bu vaxt hələ yerimdən durmamışdım mən
)E xanımı alqışlayım...-))
Filosof, sizinlə razıyam!
Vəssalam.
May 15, 2009 10:05
.Sizin fikirinizlə tam razıyam.Məncə əsərin böyüklüyü və kiçikliyi ünvanlanan oxucuya uyğun müəyyənləşir.Sizin akademik olmağınızı istəyirəm.Bunun üçün dissertasiyanızı 5 yaşlı uşağa ünvanlayın.Bu zaman əsər lazımi qədər böyüyər.(zarafatdır)
May 15, 2009 19:51
E, deməli, Pikassonu da bəyənirsiniz.
Jalə xanım, sizin rəyinizi eşitmək hər zaman xoşdur.
Anar, zaman dəyişib və həqiqətən düşüncə adamları arasında akademikliyin bir nüfuzu-zadı qalmayıb. Sadəcə filosofluq bəsdir mənə. ))
Amma uzunluğun ünvanla bağlı olması məsələsi ilə razı deyiləm. Yaxşı fikir incə bir zarafatı xatırladır ki, onun ətraflı izahından sonra adam hirsindən ağlamaq istər. Fikir öz boyunda aşkarlanar. Dinləyicinin boyu ona çatarsa, anlayar, çatmazsa.. o da problem deyil.
May 15, 2009 23:38
Hörmətli Filosof, yazilarinizi oxuyan hər kəs az ya çox dərəcədə müdrikləşmək şansi əldə edir. Xahiş edirəm vaxtiniz olanda bir dəfə də müdrikliyin ölçüsünün olub olmamasi barədə yazasiniz. Müdriklik sonsuz ola bilər, yoxsa onun bir miqyasi limiti var?
May 16, 2009 0:10
Arami, sizin kimi düşüncə adamından müsbət rəy almaq əlbəttə ki, xoşdur.
Mən müdrikliyin bir mənbəyini taniyiram- Quran. Ordan anladıqlarımı yaşamağa çalışıram. Müdriklikdən hələ təəssüf ki çox uzağam
Müdriklik - öz həddini anlamaqdır, Qurana görə. Bu barədə çalışaram bir replika yazım.
May 16, 2009 0:44
Bir neçə il əvvəl İstanbul universitetlərinin birində baş vermiş hadisə:
İmtahanda tələbə oğlana "Risk nədir?" sualı düşür. Tələbə kağızda yalnız böyük hərflərlə - "RİSK BUDUR" - sözlərini yazıb cavabını müəllimə təhvil verir.
İmtahan nəticələrinə görə həmin tələbə ən yüksək qiymətə layiq görülür.
May 18, 2009 0:02
ƏLA!
May 18, 2009 7:38
Kung-fu Panda, şəhər əfsanəsidir!
May 18, 2009 8:22
Filosofun başı növbəti konfransa hazırlaşmaqla məşğuldu...
May 19, 2009 17:08
Deyəsən bu konfranslar Filosofu bizim əlimizdən almaq istəyir. Filosof qardaş, sən Allah xatirinə, blogun oxucularini unutma. Konfransi bitirən kimi qayit bloga.
May 19, 2009 19:14
qeseng.ureyimden tikan cixdi.telebeyem am 1ci kurs heleki bele iri hecmli yazilar istemitibler.ama o mekteb vardi ha....dehset.duzdu indi mezmununa baxan kim e .hetta bizde iri xetli usaqlara da deyirdiler ki hecminin boyuk olsun deye bele iri yazmisan.o mellimleri bogmaga da hazir idik.yaxsi qutardilar...tesekkurler
İyun 12, 2009 10:37
Tez-tez gəlin.
İyun 12, 2009 10:59
Filosof,məsələyə yenidən qayıdıram.
Hər vaxtınız xeyir.
Allah bəzi maddi və mənəvi şeyləri az yaratdı və onların çoxalmasını istəmir.İnsanlar arasında münasibətlər yaranarkən bu az şeylər dəyərləndirildi.
Allah da öz işini əzəldən bilirdi;az yaratsa qiymətli olacaq.
İnsana rahatlıq və sabitlik gətirən mənəvi həqiqətlər də azdır.Beləcə onların ifadəsi də hər cəhətdən qısa olmalıdır.
Avqust 28, 2009 1:39
Salam, Anar. Həmişə qısalıq tərəfdarı olmuşam. Bu yazı da uzunluq eybəcərliyini açmağa həsr olunub.
Lakin əminəm ki, dediyin az sayda dəyərlərin tutumunu anlayanlar çox şey deyə bilərlər, uzunçuluğa yol vermədən.
Avqust 28, 2009 8:27
Doğrudan da cümləni lüzumsuz sözlərlə zənginləşdirəndə onun məna tutumu zəifləyir. Cümlədə yeri gəldi-gəlmədi "əgər" sözünü, "ki", "və" bağlayıcılarını işlətmək də cümlənin məna tutumuna mənfi təsir edir. Cümlədə "əgər"siz keçinmək olmazmı?
Avqust 30, 2009 17:19
Salam, Bəhmən müəllim. Sizinlə razıyam. Ziyalılarımız yasti azərbaycan dilində deyil, başqaları üçün nümunə ola biləsi gözəl və dolğun dildə danışmalıdırlar. Və eyni zamanda dilimizdə yeni mənaların səsləndirilməsinə çalışmalıdırlar(hələlik həmin mənaları əcnəbi dillərdə ifadə etməyə üstünlük veririk).
Avqust 31, 2009 2:17
Düşünürəm ki, uzun yazıları oxumamaq sadəcə olaraq tənbəllikdən başqa bir şey deyil.Əlbətdə, keyfiyyət həmişə önəmlidir amma bu o anlama gəlməməlidir ki, hər “Gözəlliyi anlamaq üçün özün də gözəl olasan gərək” formatda olan fikr və düşüncələr 10 BAL la qiymətləndirilməlidir ...
Sentyabr 20, 2009 2:22
Sentyabr 21, 2009 10:14
Uzun da danişmaq olar qısa da danışmaq olar.Fundamental və önəmli olan hər kəsin başa düşəyəcəyi kimi danışmaqdı.bu qisa da ola bilər uzun da!
Noyabr 19, 2009 21:18

Dərinə endikcə boğulma ehtimalı çoxalır və üzə çıxma (вынырнуть) çətinləşir. Eksiztensional dərinliyə enməmək rahat olur bəzən.
p.s. 12 vərəqlik dəftərlə doktorluq almaq mümkün oldu?
May 14, 2009 22:29